KTMT Ermənistanda missiya yerləşdirə bilər

KTMT Ermənistanda missiya yerləşdirə bilər

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının yerləşdirilməsi mümkündür.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Əgər Ermənistan təşkilatın potensialından istifadə etməkdə maraqlı olsa, KTMT-nin missiyası tez bir zamanda respublikada yerləşdirilə bilər", - Rusiya Xarici İşlər Nazirliyinin bu gün məlumatda deyilir.

Rəsmi açıqlamada missiya ilə bağlı digər detallar açıqlanmayıb.

Cebhe.info