Rəşad Məcid Türk Dünyası Qəzetəçilər Federasiyasının rəhbərilə görüşüb

Rəşad Məcid Türk Dünyası Qəzetəçilər Federasiyasının rəhbərilə görüşüb

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dünyası Qəzetəçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.

Görüşdə türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub. R.Məcid bunun vacibliyini ortaq həqiqətlərimizin təbliği baxımdan vacib sayıb. M.Demir rəhbərlik etdiyi qurumun indiyədək reallaşdırdığı tədbirlərdən söz açıb. Bu baxımdan Türk dünyası sənədli filmlər festivalı üzərində dayanıb. O, sayca 8-ci olacaq festivalın bu ilin oktyabrında Azərbaycanda təşkilinin planlaşdırıldığını diqqətə çatdırıb və Mətbuat Şurasının tərəfdaş təşkilat kimi ötən festivallara dəstək göstərdiyini, Azərbaycandan olan media təmsilçilərinin təşəbbüsə fəal qoşulduqlarını xatırladıb. R.Məcid rəhbərlik etdiyi qurum tərəfindən eyni dəstəyin yenə də veriləcəyini bildirib, Şuranın mövcud istiqamətdəki birgə fəaliyyətə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin, medianın ortaq türk mədəniyyətinin təbliği məsələlərində iştirakı məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. M.Demir MŞ sədrinə 7-ci Türk dünyası sənədli filmlər festivalı ilə bağlı toplunu təqdim edib.

Qeyd edək ki, görüşdə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin məsul əməkdaşı, qurumun “Birlik” jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib.

Cehe.info