Seymur Verdizadə baş redaktorluqdan getdi
Tanınmış jurnalist Seymur Verdizadənin “Yenisabah.az” saytından ayrıldığı barədə məlumat yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, Modern.az-ın əməkdaşı jurnalistlə əlaqə saxlayıb, Seymur Verdizadə xəbəri təsdiq edib. O, yeni iş yeri ilə bağlı yaxın günlərdə açıqlama verəcəyini deyib.
S.Verdizadə 2020-ci ilin fevralından “Yenisabah.az”ın baş redaktoru işləyirdi.
S.Verdizadə Türkiyənin Qazi Universitetinin məzunudur.
1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub.
Bir sıra qəzetlərdə və saytlarda çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub.
S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir. O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.
"Cebheinfo.az"