AYB 203 min manatı nəyə xərcləyib? - RƏSMİ AÇIQLAMA 

AYB 203 min manatı nəyə xərcləyib? - RƏSMİ AÇIQLAMA 

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev "Danışaq" podkastının qonağı olub.

Jurnalist Həmid Həmidovun suallarını cavablandıran yazıçı Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayının keçirilməsi üçün büdcədən ayrılmış 203 min manat vəsaitin nəyə xərclənməsindən danışıb.

Bu məbləğin hesabatı cəmiyyətdə maraq doğurduğu üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb, Azərbaycan Yazıçılar Birliyinin rəsmi qaydada hesabat təqdim etməsini öyrənməyə çalışdıq.

Qurumdan Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, məbləğin hansı istiqamətlər üzrə xərclənməsi maliyyə hesabatı zamanı açıqlanacaq:

“Bu hesabatın verilməsi isə dekabr ayının sonuna təsadüf edəcək”.

Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.

Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?” deməsi böyük qalmaqala səbəb olub.

Günay Şahmar

Cebhe.info