Qarabağda fəaliyyət göstərən məktəb və bağçaların sayı açıqlanıb

Hazırda azad olunan ərazilərdə 11 məktəbdə 272 müəllim 2 213 şagirdə dərs deyir.
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 6 bağça, 16 tərbiyəçi-müəllim və 183 uşaq var.
Onun sözlərinə görə, sayın gələcəkdə artacağı gözlənilir.
Nigar
"Cebheinfo.az"