Azərbaycanda 15 yaşlıların abortu: “Beynəlxalq təşkilatlar buna ciddi yanaşmır, çünki...”

Azərbaycanda 15 yaşlıların abortu: “Beynəlxalq təşkilatlar buna ciddi yanaşmır, çünki...”

2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi cavab olaraq bildirilib. Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb ki, onlardan da 14 900-ü mini, 500-ü isə dərman vasitələri ilə aparılan abortlar olub.

Maraqlıdır, bu yaş qrupunda abortların əsas səbəbi nədir? Erkən nikahlar, yoxsa başqa amillər buna təsir edir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya açıqlamasında bildirib ki, məsələ müzakirəyə çıxarılsa da, beynəlxalq təşkilatlar buna ciddi yanaşmırlar:

"Ölkə üçün 15-17 yaş arası abortlar çox deyil. Amma bizim ənənəyə baxsaq, erkən nikahlarda ilkin uşağın abort məsələsi ağlabatan deyil. Ola bilər, qaçırılma zamanı, ya cinayət işi açıldıqda abort olsun. Yaxud təcavüz hallarında abort ola bilər, bu da heç 100 nəfər etməz.

Belə şübhələrə yer qalmaması üçün Dövlət Statistika Komitəsi rəqəmləri verərkən səbəblərini də qeyd etsin. Biz bunu müzakirəyə çıxarsaq da, beynəlxalq təşkilatlar buna ciddi yanaşmırlar. Çünki bu, Avropa ölkələrinin çoxunda bu yaşda normal haldır. Amma bizim ölkə üçün müzakirə predmentidir. Bu rəqəm də qeydiyyata alınanlardır. Bu, qızların hamısının "seks işçisi" olduğuna da dəlalət etmir.

O bilsin ki, kiminsə təsirinə düşüb, bunu edib, valideynləri bilib, abort etdirilib. Amma hər bir halda Dövlət Statistika Komitsiə daha dəqiq hesabat verməlidir. Səbəblər bilinməli və o istiqamətdə işlər görülməlidir".

Naibə
Cebhe.info