Azərbaycanlı tələbələr Londonda “Queen Mary” Universitetində erməni səfiri ifşa ediblər

Azərbaycanlı tələbələr Londonda “Queen Mary” Universitetində erməni səfiri ifşa ediblər

Azərbaycanlı tələbələr Londonda “Queen Mary” Universitetində erməni səfiri işfa ediblər.

“Queen Mary” Universitetində Ermənistanın Britaniyadakı səfirinin iştirakı ilə Qarabağla bağlı tədbir keçirilib.

Tədbirdə Ermənistan səfiri tədbir iştirakçılarına Qarabağda gedən proseslərlə bağlı, Xocalı soyqırımı ilə bağlı düzgün olmayan məlumatlar verib. Bu zaman tədbirdə iştirak edən azərbaycanlı tələbələr səfirin sözünü kəsərək, səsləndirilən fikirlərin doğru olmadığını bildiriblər.

Qeyd edək ki, bundan öncə ermənipərəst parlamentari Baronessa Koksun tədbirdə iştirakı planlaşdırılsa da, daha sonra azərbaycanlı tələbələr və icma tərəfindən bunun ləğvinə nail olunub. Buna səbəb isə onun anti-müsəlman mövqeyi tutan sağçı qruplarla bir başa əlaqəsinin ortaya çıxması olub.

Cebhe.info