Bahar Muradova İranda nələr görmüşdü?- "Böyük bir təxribat olacağını..."

Bahar Muradova İranda nələr görmüşdü?- "Böyük bir təxribat olacağını..."

Bu yaxınlarda İranda keçirilən konfransdan qayıdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova şəxsi “Facebook” səhifəsində İranda Azərbaycan Səfirliyindəki təmsilçilərimizin ağır şəraitrə işləməsindən, təhlükənin açıq-aşkar görünməsindən yazıb.

Cebhe.info xəbər verir ki, komitə sədri İranda səfərdə olduğum 3 gün ərzində Azərbaycan Səfirliyindəki təmsilçilərimizin nə qədər ağır bir şəraitdə çalışmağa məcbur olduqlarını bütün varlığımla hiss etdiyini yazıb:

“Hər addımda böyük risk və təhlükə ilə üz-üzə olduqları aşkar görünürdü. Sanki yaxınlarda böyük bir təxribat olacağını da sövq-təbii ilə hiss etmişdim.

Təəssüf ki, təxminlərim məni aldatmadı.

Ruhu şad olsun Şəhidimizin!

Yaralılarımıza şəfa diləyir, Qəhrəmanımızı alqışlayıram!

Təxliyə olunan əməkdaşlara və onların ailələrinə dözüm arzulayıram!"

Cebhe.info