Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının və "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir təşkil edib.

Cebhe.info-ya verilən məlumata görə, öncə paytaxt ərazisində yerləşən Bakı Zooloji Parkına şəhid və qazi övladlarının ekskursiyası təşkil edilib.

Daha sonra təşkilatın mərkəzi qərargahında şəhid və qazi övladlarına əyləncəli proqram təşkil edilib.

Çıxış edən "Dayaq" Təşkilatının sədri Qalib Əliyev və "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədov şəhid və qazi uşaqlarını təbrik edib.

Natiqlər çıxışlarında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunur.

Bildirilib ki, bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhfəsini verməkdir.

Sonra nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradaraq davam edib.

Cebhe.info