"Bir peşənin sirri" - Bakıda festival olacaq

"Bir peşənin sirri" - Bakıda festival olacaq

Dənizkənarı Bulvar ərazisində "Bir peşənin sirri" festivalı təşkil olunacaq.

İyunun 10-da Saat meydanında keçiriləcək festival Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə baş tutacaq.

Bu barədə Cebhe.info-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Festivalda peşə təhsili müəssisələrinin iştirakı ilə tələbələrin əl işlərindən ibarət sərgilər və ustad dərsləri təşkil ediləcək. Festivalda dövlət rəsmiləri, həmçinin diplomatik korpus nümayəndələri iştirak edəcək.

Günay Şahmar
Cebhe.info