Bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşüb - Nazir müavini
Bu il ölkəmiz ən çox sel, daşqın hadisələri ilə üzləşib. Ölkə miqyasında 140-dan çox hadisə baş verib.
Cebhe.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.
O bildirib ki, iqlim dəyişikliyi özünü böyük təzadlarla göstərməkdədir:
"Bəzi bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11 faizi də müşahidə olunmur".
Cebhe.info