Bu qəsəbədə internet yoxdur: “Azeronline” sakinlərə bu vədi verdi

Kürdəmir rayonu ərazisində salınan məcburi köçkün qəsəbəsində 2 gündür internet yoxdur.
“Cebhe.info”-ya bu haqda qəsəbənin sakinləri məlumat verib. Bildirilib ki, dünən-14 iyulda qəsəbədə internet olmayıb. Provayder şirkət isə bu gün problemin aradan qaldırılacağını bildirib.
“Bizə dedilər ki, internet gün ərzində bərpa olunub. İnternetin olmaması isə xətdə nasazlığın olmasından qaynaqlanır”, - deyə sakinlər “Cebhe.info”ya bildiriblər.
Qeyd edək ki, qəsəbədə xidmət göstərən internet provayderi “Azeronline” şirkətidir.
Vilayət Muxtar
“Cebhe.info”