COP29-dan sonra hansı maşınlara üstünlük veriləcək?

COP29-dan sonra hansı maşınlara üstünlük veriləcək?

Bakıda Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 tədbiri start götürüb.

Ekoloji təmizliyin təmin olunması istiqamətində əsas məsələlərdən biri də yanacaq vasitələri ilə çalışan nəqliyyat vasitələri ilə bağlıdır. 

Benzin və dizel yanacağı ilə çalışan maşınların havaya buraxdığı karbondioksid qazı ekoloji çirklənməni yaradan əsas amillərdən biridir. 

Yaxın gələcəkdə bütün dünyada olduğu kimi, Azərbaycanda da bu tip nəqliyyat vasitələrinin yeni elektromobillərlə əvəz olunması gözlənilir.

Bəs ölkəmizdə COP29-dan sonra elektromobillərə tələbat artacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, elektromobillərə tələbat hər zaman arta bilər:

“Dünyada son bir neçə il ərzində elektromobillərə təlabat artıb. Məhz son illər ölkəmizdə elektromobillərin idxalında baş verən artım tendensiyası da bunu deməyə əsas verir. Bu gün Azərbaycanda Çin istehsalı olan minik avtomobilləri çoxluq təşkil edir. Amma sözügedən avtomobillər ekoloji cəhətdən sağlam olsalarda onların da özünəməxsus ciddi problemləri var. 

Məhz əsas problemlərdən biri ehtiyat hissələrinin məhdud olmasıdır. Bununla belə, elektormobilləri təmir edə biləcək ustalarda azdır. Bu səbəbdən də elektromobillərə qısa müddət ərzində keçid etmək asan olmayacaq.

Keçid etmək üçün müəyyən qədər elektormobillərə baza yaradılmalıdır. Ondan sonra geniş miqyasda elektormobillərə keçid etməkdən danışa bilərik. Lakin bu problemlər olduğu halda COP-29-dan sonra elektormobillərə tam keçid etməyə hazır deyilik”.

Həsən Məmmədov
“Cebheinfo.az”