Dermatoloji kremlər intihara meyillilik yaradır?

Dermatoloji kremlər intihara meyillilik yaradır?

İnsan dərisi ya gündəlik kosmetik vasitələrdən, ya günəş işığından, ya qidalanmadan, ya da daxili orqanların işlək vəziyyətinin pozulmasından dolayı səpə, allergiyaya meyilli ola bilir.

Bunun da qarşısını almaq üçün dermatoloq, kosmetoloqlar müxtəlif vasitələr məsləhət görürlər.

Bu günlərdə isə sosial şəbəkələrdə yayılan bir məlumat çoxlarında təəccüb yaradıb. Belə ki, bir xanım istifadəçi dermatoloqunun üzündəki sızanacaqları təmizləmək üçün bir krem məsləhət gördüyünü, lakin bu kremdən həftədə yalnız 2 dəfə istifadə etməli olduğunu yazıb.

Səbəb kimi isə sözügedən kremin intihara meyillilik yarada bilməsini göstərib. İstənilən dərmanın orqanizmə əlavə təsirləri olur, amma hər hansı bir dermatoloji kremin intihara meyillilik yaratması təəccüb doğurur.

Farmakoloq Aydın Əliyev mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, qanunla müalicəvi vasitələrdən heç biri intihar yaratmamalıdır:

“Ümumiyyətlə kremlərin istifadəsinin əleyhinəyəm. Dəri nəfəs alan orqandır, havanı dəri vasitəsilə qəbul edir. Kosmetik kremlər dərinin nəfəsalma məsamələrinin üstünü örtür.

Bədənimizin daxili mühitini, hava sistemini, tərləmə prosesini pozur. Dərinin nəfəs alıb-vermə prosesi pozulur. Qanunla müalicəvi vasitələrdən heç biri intihar yaratmamalıdır. Amma hansısa kremlərə əlavə maddələr qatırlar, bunlar artıq cinayət xarakterlidir.

Yəni insana mənfi təsir etsin, qanı qatılaşdırsın, halsızlaşdırsın, bu artıq istifadə edilməməlidir. Azərbaycanda elə bir krem varsa, satışı qadağan olunmalı, qeyri-qanuni sayılmalıdır. Kremlər əvəzinə, təbii məhsullar, meyvələrdən, tərəvəzlərdən istifadə olunmalıdır. Təbii olmaya hər bir məhsulun əleyhinəyəm və düşünürəm ki, hansısa formada ziyanlıdır".

Naibə
"Cebhe.info"