Gümüş insanlarda dəri xəstəliyi yaradır

Gümüş bəzək əşyasından istifadə edən insanların bir çoxunda "Arjiri" xəstəliyini görmək ehtimalı yüksəkdir.
Cebhe.info xəbər verir ki, bunun səbəbi gümüşün tərkibində olan bəzi maddələrin zamanla insan orqanizmində toplanmasıdır.
Bu vəziyyət günəşli mühitlərdə uzun müddət qaldıqda özünü göstərir.
Digər tərəfdən, bu pozğunluğun sağlamlığa heç bir zərəri yoxdur.
Mütəxəssislər argiriya xəstəliyini "kosmetik problem" hesab edirlər. Bu xəstəlik bədənin müxtəlif yerlərində baş versə də, daxili orqanlarda da müşahidə oluna bilər.
Bu səbəbdən gümüş aksesuarlar mütəmadi olaraq xüsusi losyonlarla təmizlənməlidir (əlcəklərin köməyi ilə edilməlidir). Gümüş zinət əşyaları yatmazdan əvvəl çıxarılmalıdır.
Naibə
Cebhe.info