Hüsniyyə niyə tez-tez Bakıya gəlir?

Hüsniyyə niyə tez-tez Bakıya gəlir?

Keçmiş aparıcı Hüsniyə Məhərrəmova izləyicilərinin ünvanladığı sualları cavablandırıb.

"Cebhe.info" axşam.az-a istinadla xəbər verir ki, bir müddətdir ABŞ-yə köçən aparıcı Bakıya tez-tez gəlməsindən danışıb.

O bildirib ki, Amerikada yaşamağa artıq öyrəşib:

"Jetlag" - (Uzaq yerlərə səyahət edərkən saat fərqinin insanda yaratdığı hiss red.) heç bilmədim o nədir. Bakıya gəlirəm, Bakı vaxtı ilə yatıram, Amerikaya gedirəm, oranın vaxtı ilə yatıram. Bu dəfə çox yoruldum. Ona görə bir müddət gəlməyəcəyəm. Sevdiyim adamlar ABŞ-a köçsə, bəlkə heç gəlmədim".

Hüsniyə ona qazancı və Amerikadakı işi ilə bağlı ünvanlanan suallara "Çox qazanıram. Bilet pulu qazanmaqla məşğulam" cavabını verib.

O, Bakıya tez-tez gəlməsi haqda yazılanlara isə "Kabab yeyərək" sözləri ilə reaksiya verib.

"Cebhe.info"