İlyas İsmayılovla vida mərasiminə kimlər gedib - FOTOLAR

İlyas İsmayılovla vida mərasiminə kimlər gedib - FOTOLAR

Ötən gün vəfat edən keçmiş baş prokuror və ədliyyə naziri İlyas İsmayılovla vida mərasimi keçirilir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Heydər Məscidində təşkil edilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərhum vida mərasimindən sonra Nardaran qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, İ.İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri işləyib. Milli Məclisin III və IV çağırış deputatı olan İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

O, ötən gün müalicə aldığı Mərkəzi Klinikada multiorqan çatışmazlığından vəfat edib.

"Cebheinfo.az"