İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Cebhe.info-ya verilən məlumata görə, Samur–Yalama milli parkında istirahət günlərində hava əsasən yağmursuz keçsədə, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 °isti, gündüz 20-25° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-26° isti olacaq.

Ağgöl milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-i gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Göygöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-22° isti olacaq.

Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.

Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Cebhe.info