Milli Cəbhə Partiyasının İdarə Heyətinin iclası keçirilib - FOTO
Bu gün Milli Cəbhə Partiyasının (MCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
“Cebhe.info”-ya bununla bağlı partiyadan məlumat verilib. Bildirilib ki, iclasda keçirilməsi gözlənilən seçkilər müzakirə edilib. Müzakirələrin növbəti iclaslarda da davam etdiriləcəyi qərara alınıb.
İclasda eyni zamanda, təşkilati məsələlər, mövcud sosial-siyasi durum müzakirə edilib.
Partiyadan bildirilib ki, iclasda MCP sədri, deputat Razi Nurullayev və digər rəhbər şəxslər də iştirak edib.
“Cebhe.info”