"Universitetlər köçürülə bilər" - Nazir

"Universitetlər köçürülə bilər" - Nazir

"Bakıda yerləşən universitetlərin köçürülməsi istisna edilmir". 

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib.

Nazir qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: 

"Universitetlərin köçürüləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə bu, asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə təhsil alır və eyni  zamanda, nə qədər müəllim var. Bunu da nəzərə almaq lazımdır".

Nigar
"Cebheinfo.az"