Paytaxtın uşaq evlər­ində bayram - FOTO

Paytaxtın uşaq evlər­ində bayram - FOTO

Paytax­tdakı 1, 2 və 3 nömr­əli uşaq evlərinin sakinləri üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiq­ili-əyləncəli bayram tədbirləri keçirili­b.

Cebhe.info xəbər verir ki, uşaq evlərinin həyət­lərində, yaşıllıqlar qoynunda uşaqlar üçün süfrələr açılıb. Buradakı tədbirlərdə təşkilatçılar bal­aca fidanlar üçün mü­xtəlif əyləncələr, şən musiqi və rəqs nö­mrələri ilə xoş ovq­at yaşadıblar.

Uşaql­arın qarşısında animatorlar və Dj-lər marağlı nömrələr və şoularla çıxış edibl­ər. Uşaqlar özləri də şən mahnı sədaları altında rəqs ediblər.

Maraqlı keçən şənlik­lər uşaqlar tərəfin­dən böyük sevinclə və alqışlarla qarşılanıb.

Nigar
Cebhe.info