Sabirabadda kişilər zorakılığa qarşı: Tədbir keçirilib - FOTOLAR

Sabirabadda kişilər zorakılığa qarşı: Tədbir keçirilib - FOTOLAR

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikasının Xarici Işlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsinin icrasını davam etdirir.

Layihə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə -“Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi” və 12.3.-ci, yəni “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq” bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir.

Layihənin hədəf qrupu kişilər, əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!” layihəsinin davamıdır.

Layihənin növbəti addımı 3-4 iyun 2023- cü il tarixlərlərdə Sabirabad rayonunda davam etdirilib. 15 nəfər kişi iştirakçının olduğu təlimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Tural Hüseynzadə, layihə çərçivəsində hazırlanmış 10 təlimçidən ikisi - Cəfərov Cəfər Qabil oğlu və Həsənov Vüsal Hüsən oğlu aparıb.

Qeyd edək ki, təlim almış təlimçilər iki nəfər olmaqla hər biri rayonlar üzrə təlim keçəcək.

Cebhe.info