Sahibsiz itlərə sığınacaq tikilir: Ən çox hücum olan ərazidə torpaq ayrıldı - RƏSMİ

Sahibsiz itlərə sığınacaq tikilir: Ən çox hücum olan ərazidə torpaq ayrıldı - RƏSMİ

Abşeron rayonu Xırdalan şəhərində yaşayan sakinlər sahibsiz itlərin hücümuna məruz qalır.

Belə ki, sosial şəbəkələrdən yayılan məlumata görə, sürü halında gəzən itlər axşam saatlarında sakinlərə hücüm edir. 

Məlumata görə, bu gün səhər daha bir xanıma sahibsiz itlər hücum edi və ayağını dişləyib. Xanım xəstəxanaya yerləşdirilib. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən “Cebhe.info”-ya bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:

“Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”. 

Həsən Məmmədov 
“Cebhe.info”