Süfrələrin ən çox sevilən tərəvəzi: Ucuz və zərərli

Süfrələrin ən çox sevilən tərəvəzi: Ucuz və zərərli

İnsanlar tərəfindən sevilən və çox istifadə olunan tərəvəzin sağlamlığa zərəri olduğu ortaya çıxıb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə həkim Daria Utyumova xəbərdarlıq edib.

Qastroenteroloq Daria Utyumovanın sözlərinə görə, kartof orqanizmə ciddi ziyan vurur.

Həkimin sözlərinə görə, bütün məsələ məhsulun yüksək glisemik indeksindədir ki, bu da qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb olur və bu da öz növbəsində mədəaltı vəzi tərəfindən əlavə insulin istehsalına gətirib çıxarır və piylərin yığılması prosesini işə salır.

Həkim əlavə edib ki, glisemik indeks məhsulun hazırlanmasından asılı olaraq dəyişə bilər:

“Məsələn, kartof püresinədə qaynadılmış kartofdan daha yüksəkdir”.

Utyumova vurğulayıb ki, şəkərli diabet və ya piylənmə olan insanlar kartof yeməməlidir.

Xəzər
“Cebhe.info”