Xankəndi, Xocalı və Əsgəranda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - VİDEO

Azərbaycanın işğaldan azad olunmuş Əsgəran, Xankəndi şəhəri və Xocalı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.
Eyni zamanda Xankəndi şəhəri və Xocalı rayonu ərazisində hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.
“Cebheinfo.az”