Xəzər niyə can alır: “Zəlzələnin yaratdığı çuxurlar...” - Qurban Yetirmişli

Dəniz mövsümü başlayandan indiyədək çox sayda şəxs dənizdə boğulub.
Dənizdə boğulma hallarını isə Xəzər dənizində zaman-zaman baş verən zəlzələlərlə əlaqələndirirlər.
Məlumata görə, baş verən zəlzələlər özündən sonra çuxurlar yaradır və boğulan şəxslər də bunun qurbanına çevirilir. Bəs bu iddia nə qədər doğrudur?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu mümkün variantlardan biridir:
"Əslində boğulmaların birbaşa zəlzələlərlə heç bir əlaqəsi yoxdur. İnsan üzə bilmir, boğulur. Elə bir zəlzələ olub ki Xəzərdə böyük fırtına yaratsın? Əgər güclü zəlzələ olsaydı, müəyyən çuxurlar yarana bilərdi. Amma Xəzər dalğalı olduğu üçün üzə bilən də, bilməyən də dərinə baş vurur. Ancaq çox dərinə gedəndə həmin çuxurda şəxslər həlak olurlar. Ona görə ehtiyatlı olmaq lazımdır. Amma elə güclü zəlzələ olmayıb ki, böyük çuxurlar yaratsın. Bu fikir ona görə yanlışdır".
Naibə
"Cebhe.info"