Bərzani COP29-a dəvət edildi
Bu gün İraqın Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb.
Bu barədə region hökumətinin mətbuat xidməti bildirib.
Görüş zamanı səfir Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət təqdim edib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsinə də diqqət yetirilib, hər iki tərəf Azərbaycan və Kürdüstan regionu arasında daha sıx əməkdaşlığı asanlaşdırmaq üçün konsulluq xidmətlərinin yaradılmasının vacibliyini vurğulayıb.
"Cebheinfo.az"