Nazir: "Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar"

Nazir: "Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar"

Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar.

"Cebhe.info" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bu, dünya ölkələrinin Azərbaycana olan etimadının göstəricisidir:

"Dünyanın müxtəlif ölkələrində səfərdə olarkən görürük ki, Azərbaycanı kiçik yox, güclü ölkə kimi tanıyırlar".

Nazir bildirib ki, Azərbaycana yollanan qonaq artıq bilet alanda belə, haraya gəldiyini hiss edəcək:

"Təyyarələrdə COP29-la bağlı məlumatlarla yanaşı, hava limanlarında qonaqlar üçün maksimal şərait yaradılacaq. İctimai nəqliyyat, iaşə obyektlərindəki bütün biznes subyektləri buna hazır olmalıdır”.

"Cebhe.info"