150 min çobana ehtiyac var
Türkiyə Damazlıq Qoyun Keçi Yetiştiriciləri Mərkəzi Birliyinin (TÜDKİYB) sədri Nihat Çelik sektorda davamlılığı təmin etmək üçün 150 min çobanın çalışmasının vacib olduğunu söyləyib.
Bildirilib ki, son çarə “xaricdən çoban tələbatını ödəmək”dir.
"Cebheinfo.az" xəbər verir ki, heyvandarlıqda məhsuldarlığı və keyfiyyəti artırmaq üçün yeni dəstək modelinə keçən Türkiyənin çoban ehtiyacı bir çox peşələrdə kadr çatışmazlığını geridə qoyub.
İŞKUR-un 2024-cü ilin ikinci rübü üçün açıqladığı Vakansiya Statistikası Araşdırmasının nəticələrinə görə, açıq iş yerlərinin sayı istehsal sektorunda 99 min 991, topdan və pərakəndə ticarətdə 62 min 489, yerləşdirmə və yemək xidməti fəaliyyətləri sektorunda isə35 min 908 min olaraq müəyyən olunub.
Heyvandarlıq sektorunda 150 min çobana ehtiyac olduğu üçün bütün sahələrdən daha çox kadra ehtiyac var.
Yüksək maaşlara baxmayaraq davam edən çoban çatışmazlığını həll etmək üçün məşğulluq dəstəyi və təlim də daxil olmaqla bir çox təcrübələr var.
Lakin çoban tapmaqda çətinlik çəkən biznes sahibləri bu boşluğu əcnəbi çobanlarla, xüsusən də “əfqanlarla” doldurmağa çalışırlar.
Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Türkiyədə aktiv fəaliyyət göstərən 400 min qoyunçuluq müəssisəsinin olduğunu bildirərək, “Lazımi qanuni prosedurlar yerinə yetirildiyi təqdirdə əcnəbilərin işləməsinə heç bir maneə yoxdur.
Nazirlik, Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə çalışan əcnəbilərin məşğulluğunun davamlılığının təmin edilməsi istiqamətində işlər davam etdirilir" deyib.
Türkiyə Damazlıq Qoyun Keçiçiləri Mərkəzi Birliyinin (TÜDKİYB) sədri Nihat Çelik hazırda Türkiyədə təxminən 50 min çobanın çalışdığını bildirib:
"Sektorda davamlılığı təmin etmək üçün 150 min çoban lazımdır. Çoban problemi hələ də davam edir. Biz bilirik ki, nazirliklər bu məsələ ilə məşğuldur və biz bu araşdırmaların sürətləndirilməsini tələb edirik. Bu çərçivədə yerli çobanların təşviq edilməsini, əcnəbi çobanlara imkanların verilməsini istəyirik".
Nazir Yumaklı qeyd edib ki, "sürü idarəçisi məşğulluq dəstəyi" çərçivəsində indiyədək 71 mindən çox müəssisəyə təxminən 660 milyon lirə dəstək ödənişi edilib.
2014-cü ildə başlanan bu təcrübə 10 ilə yaxındır ki, davam edir. 2021-ci ildə hər çobana 6 min lirə olan dəstək 2022-ci ildə 12 min lirəyə, 2023-cü ildə 30 min lirəyə yüksəldilib.
Həmçinin bildirilib ki, 400 min aktiv kiçik heyvandarlıq müəssisəsinin səriştəli sürü idarəçilərinə olan tələbatının ödənilməsi məqsədilə təhsilini başa vuran 50 mindən çox sürü idarəçisinə sertifikatlar verilib.
Nigar
"Cebheinfo.az