Avtobus çaya düşdü: Ölən var - VİDEO

Avtobus çaya düşdü: Ölən var - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində 20 sərnişin daşıyan avtobus minik maşını ilə toqquşub.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, avtobus qəzadan sonra Moyka çayına düşüb.

Məlumata görə, insident nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işləri gedir.

https://t.me/modern_azz/34546?single

"Cebhe.info"