30 şagird seriala baxdığına görə güllələnib?

Keçən həftə təxminən 30 lisey şagirdi Cənubi Koreya serialına baxdıqları üçün açıq şəkildə güllələnib.
“Cebhe.info” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Chosun TV və “Korea JoongAng Daily” xəbər agentliyi bildirib.
Serialın Şimali koreyalı qaçqınlar tərəfindən sərhəddən qaçaq yolla gətirilən USB disklərdə saxlandığı bildirilir.
Cənubi Koreya rəsmiləri hesabatı birbaşa şərh etməyiblər, lakin “Korea JoongAng Daily”-ə görə, Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmilərindən biri jurnalistlərə belə deyib:
“Şimali Koreya hakimiyyətinin üç qondarma əsasda sakinləri ciddi şəkildə nəzarətdə saxlaması və sərt şəkildə cəzalandırması hamıya məlumdur”.
Onlardan biri Cənubi Koreya, ABŞ və ya Yaponiyadan gələn məlumatların yayılmasını qadağan edən Şimali Koreyanın Reaksiya İdeologiyası və Mədəniyyətinin Rədd edilməsi Aktıdır.
Xəzər
“Cebhe.info”