46 Nobel mükafatçısından zənginlərə çağırış: Qaçqınlara kömək edin!
46 Nobel mükafatçısı dünyanın ən varlı adamlarını qaçqın uşaqları üçün sığınacaq və yeməklə təmin etməyə çağırıb.
Cebhe.info "Novaya Gazeta Europe"a istinadən xəbər verir ki, Stokholmda keçirilən Nobel Mükafatı Müəllimlər Sammiti zamanı 46 Nobel mükafatçısının dünyanın ən zəngin insanlarını qaçqın uşaqlara kömək etməyə çağıran məktubu elan edilib.
Bir qrup Nobel mükafatı laureatı adından Dmitri Muratov bəyanatla çıxış edib. O bildirib ki, ianə toplanması BMT-nin beynəlxalq uşaq fondu UNICEF tərəfindən təşkil olunacaq və Yeni il qabağı 100 milyon dollara ehtiyac var. Bu, 500 min uşağın Yeni il üçün yemək, işıq və sığınacaq alması üçün kifayət edəcək.
O, müəllimlərə müraciət edərək deyib ki, müharibə müəllimlərin əməyini məhv etməkdir, çünki şagirdləri tabutlarda qayıdırlar.
“Siyasətçilər bir-biri ilə necə danışacağını unutduqda və insanlar hökumətlərinə etibar etmədikdə, mən inanıram ki, siz müəllimlərin ilk parlamentisiniz. Zorakılıqsız tərəqqi parlamenti. Müəllimlər, yəni siz bilavasitə gələcəyi yaradırsınız və bu günü qoruyursunuz”, - Muratov söyləyib.
Cebhe.info