70 ilin ən böyük pul problemi

70 ilin ən böyük pul problemi

Böyük Britaniyanın növbəti hökuməti 70 il ərzində dövlət büdcəsini doldurmaqda ən çətin problemlə üzləşəcək.

“Cebhe.info” xəbər verir ki, bunu Britaniyanın Maliyyə Araşdırmaları İnstitutunun məlumatı təsdiqləyir.  “Bloomberg” yazır:

"Qalibi gözləyən problem ən azı 1950-ci illərdən bəri hər hansı bir hökumətin üzləşdiyi problemdən daha böyükdür. Seçkidə qalib gələn yüksək borcla və aşağı artım templəri ilə qarşılaşacaq".

Agentliyin məlumatına görə, krallığın büdcəsini doldurmaq üçün yeni hökumət ya ictimai xidmətlərə xərclərin “ağrılı şəkildə” azaldılması barədə qərar verməli, ya da artıq demək olar ki, 80-ə yaxınlaşan vergiləri artırmalıdır.  Digər variant isə dövlət borcunun səviyyəsinin sabitləşdirilməsi tapşırığını yerinə yetirmədən yeni kreditlərin verilməsidir. Yeni hökumətin bunlardan hansını seçəcəyi maraqla gözlənilir.

Xəzər
“Cebhe.info”