ABŞ-da mağazada atışma nəticəsində iki nəfər ölüb

ABŞ-da mağazada atışma nəticəsində iki nəfər ölüb

Amerikanın Fordays şəhərində (Arkanzas ştatı) atışma nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə “Associated Press” polisə istinadən məlumat yayıb.

Hadisə ərzaq mağazasında baş verib. Cinayətkarın həbs zamanı yaralandığı qeyd edilir.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

"Cebhe.info"