ABŞ-ın Ermənistandakı səfirliyi qadağan olunan ərazilərin siyahısını yaydı: “Getməyin”
ABŞ-ın Ermənistandakı səfirliyi diplomatik missiya işçilərini və onların ailələrini vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb:
Cebhe.info xəbər verir ki, səfərə getməməyin tövsiyə olunduğu bölgələr bunlardır:
Tavuş rayonu M4 şossesi boyunca İcevandan şimala və şərqə doğru bütün ərazilər;
Sevan gölünün şərqindəki Geqarkunik rayonu;
Geqarkunik rayonu Sevan gölünün cənubunda və M10 şossesinin şərqi;
Ararat rayonunun Yerasx kəndi;
Vayots Dzor bölgəsi;
Sünik rayonu.
“Səfirlik vəziyyətin sürətlə inkişaf etdiyini başa düşür və onu yaxından izləməyə davam edir. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı davranmağa davam etməli və Dağlıq Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər. ABŞ hökuməti Qarabağda və onun ətrafında olan ABŞ vətəndaşlarına təcili yardım göstərə bilməz, çünki giriş məhduddur”, - deyə departamentin saytında yerləşdirilən bəyanatda qeyd olunur.
Xəzər
Cebhe.info