ABŞ-nin dövlət məktəblərində yeni qadağa

ABŞ-nin dövlət məktəblərində yeni qadağa

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində şagirdlərə akademik saatlarda dövlət məktəblərində mobil telefon və sosial mediadan istifadə qadağan ediləcək.

"Cebhe.info" xəbər verir ki, Los-Anceles Birləşmiş Müəllimlər Təşkilatının İdarə Heyəti şagirdlərin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı təsdiqləyib.

Buna görə 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb rayonu olan Los-Ancelesdə 429 mindən çox şagirdə aiddir.

Bildirilir ki, bu addım dərsdə diqqətin yayındırılmasının qarşısını almaq və şagirdlərin psixi sağlamlığını qorumaq məqsədi daşıyır.

Nigar Hacılı 
"Cebhe.info"