ABŞ PKK-nın Suriyada qondarma seçki planını pislədi

ABŞ PKK-nın Suriyada qondarma seçki planını pislədi

ABŞ Suriyanın şimalında və şərqində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdə qondarma seçki planına qarşı olduğunu bir daha bəyan edib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin yazılı açıqlamasında belə deyilir. 

“ABŞ Suriyada şimal və şərq bölgələri də daxil olmaqla azad, ədalətli, şəffaf və əhatəli seçkilərin keçirilməsi üçün lazımi şərtlərin yerinə yetirilmədiyini bəyan edir”, - deyə Miller bildirib.

Bu səbəbdən, ABŞ rəsmisi terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalında və şimal-şərqində işğal etdiyi bölgələrdə seçki keçirmək çağırışını bir daha dəstəkləmədiklərini bəyan edib.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, Suriyada keçiriləcək bütün seçkilər azad, ədalətli, şəffaf və əhatəli olmalıdır”, - deyə Miller əlavə edib.

“Hazırda belə seçkilər üçün şərtlər hazırda şimalı və şərqi də daxil olmaqla, Suriyada xoş qarşılanmır”, - Miller qeyd edib.

Xatırladaq ki, terror təşkilatı PKK/YPG Suriyada işğal etdiyi bölgələrdə iyun ayı üçün qondarma yerli seçkilər təşkil etdiyini açıqlamışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 30-da “Türkiyə heç vaxt separatçı təşkilatın Suriya və İraqın şimalında, cənub sərhədlərindən kənarda “terroristan” yaratmasına icazə verməyəcək” deyib.

Terror təşkilatı PKK/YPG bundan sonra iyun ayında qondarma seçki planını ləğv edərək, əvvəlcə avqusta, sonra isə sentyabra təxirə salıb.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel, qondarma seçkilərlə bağlı may ayında verdiyi açıqlamada, bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində qeyd edildiyi kimi, Suriyada keçiriləcək istənilən seçki azad, ədalətli, şəffaf və əhatəli olmalıdır.

“Suriyanın şimal-şərqində (YPG/PKK tərəfindən) keçiriləcək seçkilərlə bağlı hazırda bu şərtlərin yerinə yetirildiyini düşünmürük və bu fikri Suriyanın şimal-şərqindəki aktorlara çatdırmışıq”, - deyə ABŞ diplomatı belə deyib.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”