ABŞ senatından COVİD-19-la bağlı qərar

ABŞ senatından COVİD-19-la bağlı qərar

ABŞ senatı 2020-ci ildə elan edilmiş COVID-19 pandemiyası ilə bağlı milli fövqəladə vəziyyətə son qoymaq üçün respublikaçı qanunvericilərin təklif etdiyi qanun layihəsini səsə qoyub.

Xarici KİV xəbər verir ki, qanun layihəsi 68 “hə”, 23 “xeyr” səsi ilə qəbul edilib.

Qeyd edək ki, Ağ Evin İdarəetmə və Büdcə İdarəsi, “səhiyyə sistemlərində çaşqınlıq və qeyri-müəyyənliyin qarşısını almaq üçün” COVID-19 səbəbiylə “milli fövqəladə vəziyyət” və “ictimai səhiyyə fövqəladə halları”nın mayın 11-də qaldırılacağını açıqlamışdı.

Cebhe.info