ABŞ Ukraynaya “Abrams” tankları göndərə bilər

ABŞ bu həftə Ukraynaya 30-a yaxın “Abrams” tankının təhvil verilməsini elan etməyi planlaşdırır.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden yanvarın 24-də buna hazır olduğunu bildirmişdi. Onun bu gün keçirəcəyi mətbuat konfransında bununla bağlı açıqlama verəcəyi gözlənilir.
Cebhe.info