ABŞ Ukraynaya uzaqmənzilli raketlər verəcək - İLK DƏFƏ

ABŞ Ukraynaya uzaqmənzilli raketlər verəcək - İLK DƏFƏ

ABŞ Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hərbi yardım paketinə uzunmənzilli raketlər, digər sursat və silahların daxil olacağı gözlənilir.

ABŞ-İsveç istehsalı olan “Ground Launched Small Diameter Bomb” yüksəkdəqiqlikli idarə olunan raketlər "HIMARS" sistemlərindən buraxılır və onlarla kilometr uzaqlıqdakı hədəfləri dəqiqliklə vura bilir.

Cebhe.info