AEBA-nın baş direktoru İranın nüvə obyektlərinə baş çəkəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın Fordo və Natanz nüvə obyektlərinə baş çəkəcək.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu Tehranda səfərdə olan AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
O, İranın nüvə proqramı ilə bağlı tam təkamülü əks etdirən təəssürat əldə etmək üçün noyabrın 15-də Fordo və Nətənzdəki nüvə obyektlərinə baş çəkəcəyini vurğulayıb.
Məlumata görə, noyabrın 14-də o, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb.
"Cebheinfo.az"