Aİ-də qaz anbarlarının ehtiyatları 65%-dən aşağı enib

Avropa İttifaqında yeraltı qaz anbarlarının ehtiyatları 65%-dən aşağı enib.
Bu barədə “APA-Economics”Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Fevralın 22-nə olan məlumata görə, Aİ-də qaz anbarları 64,7% doludur ki, bu da son beş ildə bu tarix üçün orta göstəricidən 16,7 faiz bəndi, keçən illə müqayisədə isə 1,1 faiz bəndi çoxdur.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təxminən 71,6 mlrd. kubmetr təşkil edir. Bu da, əvvəlki 5 ildə həmin tarix üçün orta göstəricidən təxminən 19,5 mlrd. kubmetr, keçən illə müqayisədə isə 2,3 mlrd. kubmetr çoxdur.
"Cebhe.info"