Aİ-dən balda şəkər saxtakarlığına qarşı sərt tədbirlər gəlir

Avropa İttifaqına (Aİ) müxtəlif ölkələrdən gedən balın yarısında uyğunsuzluq aşkar edildikdən sonra nəzarət gücləndirilir.
"Cebhe.info" xəbər verir ki, Avropa İttifaqına (Aİ) xaricdən gələn balın təxminən yarısında uyğunsuzluğun aşkarlanması və balın əhəmiyyətli bir hissəsinə şəkər əlavə edilməsinin ardından bal ixracatında bir sıra tədbirlər gündəmə gətirildi.
Bu baxımdan türkiyəli ixracatçılara göndərilən xəbərdarlığa əsasən, bal və digər arıçılıq məhsulları Aİ-yə yalnız yenilənmiş siyahılardakı müəssisələrdən göndəriləcək.
Noyabrın 29-dan etibarən siyahıda olmayan müəssisələrdən yüklərin Aİ-yə daxil olmasına icazə verilməyəcək. Ticarət Nazirliyi Türkiyənin Aİ-dəki Daimi Nümayəndəliyinin Ticarət Müşavirliyindən aldığı məlumata əsasən ixracatçılara xəbərdarlıq edib.
Nazirliyin məktubuna əsasən, müxtəlif ölkələrdən Aİ-yə ixrac edilən bal və arıçılıq məhsullarının əhəmiyyətli bir hissəsinin xarici şəkər əlavə edilərək saxtalaşdırıldığı müəyyən edilib və Aİ sərhədində götürülmüş nümunələrin 46 faizində uyğunsuzluq şübhəsi olduğu bildirilib.
Bu çərçivədə, nəzarət edilən ixracatçıların 57 faizi şəkərlə qarışdırıldığından şübhələnilən bal daşımaları üçün izlənilməyə başlandı, bir sıra tədbirlər də gündəmə gətirildi.
Müvafiq olaraq, bal və digər arıçılıq məhsulları yalnız yenilənmiş siyahılara daxil olan müəssisələrdən Aİ-yə göndəriləcək.
29 Noyabr 2024-cü il tarixindən etibarən siyahıda olmayan müəssisələrdən yüklərin Aİ-yə daxil olmasına icazə verilməyəcək.
Nigar
"Cebhe.info"