AK Parti: “Qalib bütün Türkiyə olacaq”
“Bu, demokratiya bayramıdır. Qalib bütün Türkiyə olacaq”.
Cebhe.info xəbər verir ki, bunu Türkiyənin hakim partiyasının (AK Parti) sözçüsü Ömər Çelik tviterdə yazıb.
“Heç bir vətəndaş inciməsin, küsməsin. Vətəndaşlarımızın heç biri itirməyəcək. Gəlin seçkinin nəticələrini demokratiyamızı gücləndirdiyinə görə bir-birimizi təbrik edək ”, - tvitdə qeyd olunub.
Cebhe.info