AKP-də daha bir Rəcəb Tayyib Ərdoğan siyasətə gəlir

AKP-də daha bir Rəcəb Tayyib Ərdoğan siyasətə gəlir

Türkiyənin Ədalət və İnkişaf Partiyasına (AKP) adı Rəcəb Tayyib, soyadı Ərdoğan olan yeni bir şəxs qatılıb.

Cebhe.info xəbər verir ki, 24 yaşlı bu gənc deputat olmaq üçün müraciət edib.

Nevşəhərli Rəcəb Tayyib Ərdoğan uzun illərdir siyasətə qatılmaq xəyalını gerçəkləşdirmək istədiyini deyib. O, illərdir ki, AKP tərafdarı olduğunu da söyləyib:

"İllərdir AKP-yə xidmət edən bir ailənin üzvüyəm. Mən də AKP-nin aktiv bir üzvü olmaq üçün həyacanla və sevinclə müraciət etdim".

Gənc Rəcəb Tayyib Ərdoğan adının necə qoyulması barədə də danışıb:

"1999-cu ildə Rəcəb Tayyib Ərdoğanın oxuduğu şeirə görə həbs olunması atama çox təsir edib. O da buna görə mənə Rəcəb Tayyib adını verib. Beləliklə, adım Rəcəb Tayyib Ərdoğan olub. Adımdan çox razıyam. Getdiyim yerlərdə adıma inanmayan olur, hətta şəxsiyyət vəsiqəmə belə baxırlar".

Elmir Mustafa
Cebhe.info