Akşener Kılıçdaroğlunu məhkəməyə verir
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun İYİ Partiyanın keçmiş sədri Meral Akşeneri xəyanətdə ittiham etməsi rezonans doğurub.
“Cebheinfo.az” xəbər verir ki, Akşenerin də Kılıçdaroğluna cavabı gecikməyib.
O, bu barədə “Sözcü”-yə açıqlama verib. Sabiq sədr Kamal Kılıçdaroğlunu və Zəfər Partiyasının lideri Ümit Özdağı məhkəməyə verəcəyini deyib:
“Artıq vəkilim hüquqi prosedurlara başlayıb. Həm Kamal Kılıçdaroğlunu, həm də Ümit Özdağı məhkəməyə verəcəyəm. Çünki “xəyanət” və “əxlaqsızlıq” çox ağır ifadələrdir”.
Xatırladaq ki, bir müddət öncə Kamal Kılıçdaroğlu və Ümit Özdağ Meral Akşeneri sərt sözlərlə tənqid ediblər.
Elmir Mustafa
“Cebheinfo.az”