Akşenerin səhhətində yenidən problem yarandı

Akşenerin səhhətində yenidən problem yarandı

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşenerin səhhətində problemlər yaranıb.

Cebhe.info xəbər verir ki, onun infeksiyaya yoluxduğu bildirilib.

Bu barədə partiyanın mətbuat katibi Kürşad Zorlu açıqlama verib:

“Meral Akşenerin xəstəliyi səbəbilə 25 sentyabrda (bu gün) keçiriləcək partiya iclası və 26 sentyabrda Əskişəhərdə keçiriləcək tədbirimiz irəli bir tarixə təxirə salınıb”.

Qeyd olunub ki, Akşenerə ilk zəng edən lider Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu olub.

Xatırladaq ki, Meral Akşener yanvar ayında da şiddətli ürək döyünütüsü və aritmiya şikayətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Elmir Mustafa
Cebhe.info