Aksiyada döyülən daşnak deputat etiraza ÇAĞIRDI

Aksiyada döyülən daşnak deputat etiraza ÇAĞIRDI

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda 3 gündür ki, etiraz aksiyaları davam edir.

Cebhe.info "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hökumət binası yaxınlığında polislə toqquşmada yaralanan müxalif “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun Partiyasının funksioneri Qeğam Manukyan xəstəxanadan canlı efirə çıxıb.

Deputat vətəndaşları etiraz hərəkatına qoşulmağa çağırıb.

"Söz verirəm ki, 2 gündən sonra mən də qayıdacağam", - o deyib..

Cebhe.info