Ali Koçun istefa tarixi açıqlandı

Ali Koçun istefa tarixi açıqlandı

"Fənərbağça" prezidenti Ali Koçun yaxın günlərdə istefa verəcəyi ilə məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Məlumata görə, çempionluq yarışında "Qalatasaray"a uduzan "sarı-lacivərtlilər"in lideri istefa vermək qərarına gəlib. Ali Koçun yaxın ətrafına istefa verəcəyini dediyi iddia edilib.

Onun istefa xəbərinin Türkiyə kubokunun finalından sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə kubokunun finalı 11 iyun tarixində "Fənərbağça"-"Başakşehir" arasında baş tutacaq.

Naibə
Cebhe.info