Almaniya kansleri postuna xristian demokratların namizədi məlum olub

Almaniya kansleri postuna xristian demokratların namizədi məlum olub

2025-ci ildə Almaniyada keçiriləcək kansler seçkilərində mühafizəkar Xristian Demokrat İttifaqının lideri Fridrix Mertzin namizədliyi irəli sürüləcək.

APA-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bunu Bavariya əyalətinin baş naziri Markus Zöder açıqlayıb.

Müşahidəçilər Almaniya əhalisinin 30 faizinin dəstəyini əldə edən bu siyasi təşkilatın seçkidə uğur qazanacağını ehtimal edir.

"Cebheinfo.az"